15-20 tonluq qaya parçaları yolu bağladı və...

15-20 tonluq qaya parçaları yolu bağladı və...

Hazırda oxunan: 15-20 tonluq qaya parçaları yolu bağladı və...
76398
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Güclü selin gətirdiyi qaya parçalarının bağladığı Quba-Xınalıq yolunda ötən gün də təmizləmə işləri davam etdirilib. 

Yol nəqliyyatın hərəkəti üçün iki gün əvvəl açılsa da, yola düşmüş iri qaya parçaları texnikaların köməyilə ötən gün tam təmizlənib.  

Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sutanov Bizim.Media-ya bildirib ki, yolu təmuzləmək üçün ağır texnikalardan istifadə etdik. 

O qeyd edib ki, ən azı 15-20 tonluq iri daş və qaya parçalarını sel suları yola yuvarlamışdı:  

“Gecə saatlarında yolun 37-ci km-ni tam açdıq. Güclü yağışlardan sonra Xınalıq yolunda sürüşmə təhlükəsi çox artıb. İndi də Quba-Xınalıq yolunun 30-cu km-də üst yamacdan palçıq və torpaq qatının yola axını başlayıb. Yolun həmin hissəsini dərhal təmizləsək də, axın davam edir. Prosesi nəzarətdə saxlayırıq."  

Qeyd edək ki, 3 gün öncə intensiv yağışlardan sonra Xınalıq yolunun 37-ci km-də yola qaya uçqunu nəticəsində 5 kəndlə rayon mərkəzinin nəqliyyat əlaqəsi kəsilmişdi.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

15-20 tonluq qaya parçaları yolu bağladı və... - foto 1
15-20 tonluq qaya parçaları yolu bağladı və... - foto 2
15-20 tonluq qaya parçaları yolu bağladı və... - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO