
- A-
- A
- A+
Cəmiyyət
09:25 / 15.05.2022
1 dəq oxunma
Ər arvadına iynə vurdu, nəticədə...
Hazırda oxunan: Ər arvadına iynə vurdu, nəticədə...
74409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Goranboyda halı pisləşən xanımına ər özü iynə vurub yardım etmək istəyib, amma xanımını sağalmaq əvəzinə xəstəxanalıq edib.
Bizim.Media-nın məlumatına görə, hadisə Eyvazalılar kəndində baş verib.
Halı pisləşən 1986-cı il təvəllüdlü Quliyeva Günay Fəqan qızı tibb işçisi dəvət etmədən ərinin köməyindən yararlanmaq istəyib.
Həyat yoldaşı tərəddüd etmədən xanımına sertofen iynəsi vurub, amma bu yaxşılığının bədəli ağır olub.
İynəyə kəskin reaksiya verən 36 yaşlı xanım halsız vəziyyətdə təcili xəstəxanaya çatdırılıb.
Əldə olunan məlumata görə, həkimlərin çevik tibbi müdaxiləsi nəticəsində dərman şoku keçirən qadının durumu stabilləşib.
Ehtiram Muradov, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































