Hacıqabulda Pirsaatçay üzərindən hərəkət bərpa olundu - FOTO

Hacıqabulda Pirsaatçay üzərindən hərəkət bərpa olundu - FOTO

Hazırda oxunan: Hacıqabulda Pirsaatçay üzərindən hərəkət bərpa olundu - FOTO

73986

Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub. Hazırda keçid yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində işlər davam etdirilir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edək ki, Hacıqabul rayonunun 39 km uzunluğa malik Muğan–Qubalı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin cari il ərzində yekunlaşdırılması planlaşdırılır.
Bununla da 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir avtomobil yolunun yenidən qurulması, həmçini yeni körpünün inşası ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO