Sakinlər təhlükə ilə üz-üzə: Bakıda narkomanların yeni məskəni haradır? - VİDEO

Sakinlər təhlükə ilə üz-üzə: Bakıda narkomanların yeni məskəni haradır? - VİDEO

Hazırda oxunan: Sakinlər təhlükə ilə üz-üzə: Bakıda narkomanların yeni məskəni haradır? - VİDEO
73641
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə yaxınlıqda yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, belə vəziyyət uzun müddətdir ki, davam edir.

Xəzər TV-nin əməkdaşları da ərazidə çəkiliş edərkən narkomanların istifadə edərək tulladıqları şprislərə rast gəliblər. Artıq polis əməkdaşları binanı ciddi nəzarətə götürüblər.

Problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdikdən sonra əraziyə polis əməkdaşları gələrək binaya baxış keçiriblər. Nazirliyin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, ərazidə nəzarət tədbirləri gücləndirilib.

Qeyd edək ki, baxımsız vəziyyətdə qalan bu bina təxminən 15-20 il əvvəl tikilməyə başlayıb. Sonradan isə inşası yarımçıq qalıb.

Daha ətraflı süjetdə:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO