Hacıqabulda mağazaları və evləri qarət edənlər yaxalandı

Hacıqabulda mağazaları və evləri qarət edənlər yaxalandı

Hazırda oxunan: Hacıqabulda mağazaları və evləri qarət edənlər yaxalandı

73029

Hacıqabul Rayon Polis Şöbəsinə Muğan qəsəbəsindəki mağazaların birindən 5000 manat pul və 500 manat dəyərində ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub. 

Bizim.Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Qəniyev və Gəncə şəhər sakini Hüseyn Nəcəfov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı V.Qəniyevdən metamfetamin aşkar edilərək götürülüb.

Aparılan əməliyyat tədbirləri ilə onların birlikdə aprelin 15-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindən S.Zeynalova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları, V.Qəniyevin isə Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini G.Ağayevanın cibindən 200 manat pul və mobil telefon, bir evdən 1000 manat dəyərində noutbuk və ərzaq məhsulları, digər evdən isə 510 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO