Elgizin verilişinə görə bu televiziyanın yayımı 3 saatlıq DAYANDIRILACAQ

Elgizin verilişinə görə bu televiziyanın yayımı 3 saatlıq DAYANDIRILACAQ

Hazırda oxunan: Elgizin verilişinə görə bu televiziyanın yayımı 3 saatlıq DAYANDIRILACAQ
72961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Audiovizual Şura “ARB” televiziyasının yayımının 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Şuradan Bizim.Media-ya verilən xəbərə görə, 5 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

İclasda 25 aprel – 5 may 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

Monitorinqlər zamanı “ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 - 15.30 arası yayımlanan “Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb.
Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası iclasda “ARB” televiziya yayımçısının proqramlarının yayımının 8 may 2022-ci il tarixdə saat 09.00-dan 12.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO