Ağstafa rayonundakı gülünc asfaltlama işi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağstafa rayonundakı gülünc asfaltlama işi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ağstafa rayonundakı gülünc asfaltlama işi ilə bağlı RƏSMİ AÇIQLAMA

71054

Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yenidən qurulmasına başlanılan yol-nəqliyyat infrasturkturu layihəsi sakinlərin dərin narazılığına səbəb olub.

Belə ki, kənd sakinləri yolun normalara uyğun şəkildə bərpa olunmamasından və çoxsaylı qüsurlardan şikayətçidirlər.

Sözügedən məsələnin dəfələrlə gündəmə gətirildiyi lakin hər hansı tədbirin görülmədiyini deyən sakinlər yolun tikintisi ilə məşğul olan 27 nömrəli Yol İstismar İdarəsi MMC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) tənqid ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada gülməli yol asfaltlama üsulu görənləri şoka salır – FOTO


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, orda tikinti işləri hələ davam edir: 

“Bu dönəm asfalt düzləndirici qatdır. Üzərindən hələ yenə asfalt qatları döşənəcək. Hazırda tikinti zamanı harda problemlər aşkar edilirsə, onlar aradan qaldırılır. Layihənin sonunda vətəndaşların istifadəsi üçün yeni müasir yol infrastrukturu təhvil veriləcək. Narahatlığa səbəb yoxdur. Tikinti layihə üzrə davam etdirilir”.

Qeyd edək ki, yol tikintisinin 2022-ci ilin may-iyun aylarında başa çatacağı bildirilir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO