Azərbaycanda din xadimlərinin maaşı ARTIRILDI

Azərbaycanda din xadimlərinin maaşı ARTIRILDI

Hazırda oxunan: Azərbaycanda din xadimlərinin maaşı ARTIRILDI
69624
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən şəxslər qismində din xadimlərinə göstərilən maddi dəstəyin artırılması məqsədilə Fondun Himayəçilik Şurasının iclası keçirilib.

Bu barədə Fonddan Bizim.Media-ya bildirilib.

Qeyd olunub ki, Şura ölkədə bütün sahələrdə əməkhaqları və digər müavinətlərdə olan artımı rəhbər tutaraq, rəsmi təyinatı olan din xadimlərinə göstərilən maddi dəstəyin məbləğinin 20 % artırılması haqqında qərar qəbul edib.

Belə ki, rəsmi təyinat almış din xadimlərinə göstərilən maddi dəstək müvafiq olaraq imamlar üçün 630 manatdan 756 manata, imam müavinləri üçün 490 manatdan 588 manata, mütəvəllilər üçün 350 manatdan 420 manata qaldırılıb.
Qərara əsasən artım cari ilin yanvar, fevral və mart aylarına da şamil edilməklə din xadimlərinin bank hesablarına köçürülməyə başlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO