
- A-
- A
- A+
Şabranda qəza - Ərlə arvad ağır yaralandı
Gəndab-Yalama yolunun Şabranın Söhbətli kəndindən keçən hissəsində baş verən qəzada yaralananların şəxsiyyəti məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini Rasim Mədətovun idarə etdiyi "Mersedes"markalı avtomobillə Şabranın Ağalıq kənd sakini Rəhman Hüseynovun idarə etdiyi Vaz-21015 markalı avtomobil toqquşub.
Xəsarət alan Rəhman Hüseynov və həyat yoldaşı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
*** 15:07
Gəndab-Yalama yolunun Şabranın Xırdaoymaq kəndindən keçən hissəsində Vaz-21015 markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub.
Bizim.Media xəbər verir ki, nəticədə Vaz-21015-in sürücü və xanım sərnişini yaralanıb.
Xəsarət alanlar Şabran rayon mərkəzi xəstəxanasının təcili yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































