Ukraynada həlak olan azərbaycanlı snayper Goranboyda dəfn edildi  - FOTO

Hazırda oxunan: Ukraynada həlak olan azərbaycanlı snayper Goranboyda dəfn edildi  - FOTO

68932

Xəbər verdiyimiz kimi, Ukraynada həlak olan azərbaycanlı snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilərək ailəsinə təhvil verilib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi informasiyaya görə, Elnur Həsənov Goranboyda dəfn edilib.

MÖVZU İLƏ BAĞLI:

Kiyevin müdafiəsi zamanı həlak olan Elnurla bağlı YENİ FAKTLAR – II Qarabağ müharibəsində iştirak edib
  

Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.

Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb. O, “Alik” ləqəbi ilə tanınıb.

Elnur Kəlbəcər rayonunun Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO