Kiyevin müdafiəsi zamanı həlak olan Elnurla bağlı YENİ FAKTLAR – II Qarabağ müharibəsində iştirak edib  

Hazırda oxunan: Kiyevin müdafiəsi zamanı həlak olan Elnurla bağlı YENİ FAKTLAR – II Qarabağ müharibəsində iştirak edib  

68641

Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən həyatını itirmiş, Ukrayna dilində oxunan Azərbaycan himninin sədaları altında son mənzilə yola salınan həmyerlimizin kimliyi bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Carpathian Sich" könüllülər qrupunun "Facebook" səhifəsində məlumat verilib.   

“Kədərlə bildiririk ki, azərbaycanlı Elnur Həsənov (Alik) martın 27-də Ukraynanın paytaxtı Kiyevin müdafiəsi zamanı həlak olub.

1993-cü il təvəllüdlü Həsənov sıravi hərbçi, snayper dəstəsinin komandiri, eyni zamanda İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Elnur Həsənov ailəli olub, iki övladı və hamilə həyat yoldaşı olub” – deyə məlumatda qeyd edilib.   

Qrupun səhifəsində Ə.Həsənovun sözləri sitat gətirilib: “Qadınların, uşaqların, qocaların necə öldüyünü görəndə, onları qorumalıyam”; "Şərin harada baş verməsindən asılı olmayaraq, hər bir insan şərdən müdafiə üçün çıxmalıdır."   
Qeyd edilib ki, Elnur İrpində düşmən mövqelərinin kəşfiyyatı zamanı “Karpat Siç”in könüllüsü David Qoberqişvili ilə birlikdə həlak olub. Hər ikisi minaatanlardan atəşə tutulub.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO