Gəncədə

Gəncədə "avtoş" bu görüntülərə görə sürücülük hüququndan məhrum edildi – VİDEO

Hazırda oxunan: Gəncədə "avtoş" bu görüntülərə görə sürücülük hüququndan məhrum edildi – VİDEO
68470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə avtoxuliqanlıq edən, yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun  olaraq müvafiq tədbir görülüb. 

Aparılan araşdırmalara əsasən Gəncə şəhər sakini  Zakir Mayilov müxtəlif vaxtlarda şəhərin bir sıra küçə və yollarında avtoxuliqanlıq hərəkətləri edib.

O, idarə etdiyi “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Saxlanılan sürücü barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z. Mayilov sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 500 manat miqdarında cərimə edilib. 

Məqsəd Rəhimov, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO