Qoşa Qala meydanında bayram tonqalı qalandı - FOTO

Qoşa Qala meydanında bayram tonqalı qalandı - FOTO

Hazırda oxunan: Qoşa Qala meydanında bayram tonqalı qalandı - FOTO
65739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Novruz bayramının İçərişəhərdə hər il xüsusi qeyd olunması gözəl ənənəyə çevrilsə də, son illər pandemiya səbəbindən bayram tədbirlərinin keçirilməsi mümkün olmayıb. Bu il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təntənəli bayram tədbirlərini yenidən bərpa edir.

Bizim.Media xəbər verir ki, bayramın ilk günü Qoşa Qala meydanında tonqal qalanıb. Bayram şənlikləri martın 27-dək İçərişəhər ərazisində və Qala Qoruğunda təşkil olunacaq.

Tədbirlər çərçivəsində qonaqlar müxtəlif yaş kateqoriyası üzrə ustad dərslərinə, qədim sənət növlərinə həsr olunmuş müxtəlif təlimlərə, eləcə də sabunbişirmə, suvenirlərin hazırlanması və naxışlanması, uşaqlar üçün üzdə maraqlı təsvirlərin çəkilməsi kimi əyləncəli məşğələlərə, habelə İçərişəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərində təşkil ediləcək ustad dərslərinə, xalqımızın sevimli milli mətbəx nümunələrinin bişirilməsi, təndirə çörək yapılması, kofe dəmlənməsi kimi maraqlı tədbirlərə qatıla biləcəklər.

Qoşa Qala meydanının mərkəzi hissəsində səhnədə təşkil olunacaq musiqili və əyləncəli tədbirlər qonaqların zövqünü oxşayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO