Bayram günləri hava necə olacaq? – PROQNOZ 

Bayram günləri hava necə olacaq? – PROQNOZ 

Hazırda oxunan: Bayram günləri hava necə olacaq? – PROQNOZ 
65644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bayram günləri üçün hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bayram günlərində gözlənilən hava şəraitinin martın 20-də arabir yağıntılı olacağı gözlənilir.

Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, səhər şimal-şərq küləyi 8-13 m/s.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Martın 22-də arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq.

Martın 23-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyi 8-13 m/s. 

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO