Məşhur Xarı bülbül çiçəyini hər evdə yetişdirmək mümkün olacaq – FOTO 

Məşhur Xarı bülbül çiçəyini hər evdə yetişdirmək mümkün olacaq – FOTO 

Hazırda oxunan: Məşhur Xarı bülbül çiçəyini hər evdə yetişdirmək mümkün olacaq – FOTO 
65603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bundan sonra tarixi qələbəmizin simvolu, məşhur Xarı bülbül çiçəyini hər evdə, hər həyətdə yetişdirmək mümkün olacaq. 

Bizim.Media olaraq bu özəl məlumatı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olarkən əldə etdik. İnstitutun idarə heyətinin sədri Elmar Allahverdiyev adı Şuşa ilə birgə çəkilən Xarı bülbülün yetişdirilmə zərurətindən danışıb: 

"Tarixi zəfərimizdən sonra Xarı bülbül çiçəyinin mədəniləşdirilməsi - yəni əkilib-becərilməsi halına  salmaq məsələsi qaldırıldı.

Bir neçə müəssisəyə müraciət olunub. Bizim institutda aqrobio texnologiya laboratoriyası güclü olduğundan burada yetişdirməyə başladıq.

Xarıbülbülün yumrularını - yəni soğanlarını dostlarımızın vasitəsilə Şuşadan gətirtdik. Mütəxəssislərimiz üzərində işlədilər. Süni şəraitdə  8-ə qədər qida mühiti yaratdıq və birində alındı. Təcrübəmiz müsbət effekt verdi". 

Elmar Allahverdiyev qeyd edib ki, hazırda təcrübə-eksperimentlər uğurla davam edir: 

“Xarı bülbülün çiçək açacağını gözləyirik. Tam nəticə əldə edəndən sonra bu çiçəyi həm özümüz yetişdirəcəyik, həm də yetişdirmək istəyən müəsssisələrə və şəxslərə metodiki köməklik edə biləcəyik”. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO