Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto

Hazırda oxunan: Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto
648674
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda dörd nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki kəndin 6 minə yaxın sakini elektrik enerjisiz qalıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynovun idarə etdiyi “Qazel” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolda hərəkətsiz vəziyyətdə olan Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.
 

Daha sonra “Qazel” Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi VAZ-21099 markalı avtomobilə və marketin qarşısında dayanmış Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus VAZ-2106 markalı avtomobilə çırpılıb. Bundan sonra yük avtomobili yol kənarındakı beton elektrik dirəyinə dəyib.


Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin 6 minə yaxın sakini işıqsız qalıb.

İlkin məlumata görə, qəzaya “Qazel” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto - foto 1
Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto - foto 2
Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto - foto 3
Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto - foto 4


Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO