Tramp Avropa liderlərini Ukraynaya yardımı yenidən nəzərdən keçirməyə çağırdı

Tramp Avropa liderlərini Ukraynaya yardımı yenidən nəzərdən keçirməyə çağırdı

Hazırda oxunan: Tramp Avropa liderlərini Ukraynaya yardımı yenidən nəzərdən keçirməyə çağırdı
0:00 / 0:00
648664
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Avropa liderlərini Ukraynaya hərbi yardımın davam etdirilməsi məsələsinə yenidən baxmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp gözlənilmədən Berlində “İstəklilər koalisiyası”nın toplantısına qatılan Avropa liderlərinə zəng edib və Kiyevə hərbi dəstəyin bundan sonra da maliyyələşdirilməsinin zəruriliyinə şübhə ilə yanaşdığını bildirib.

Telefon danışığı ABŞ Prezidentinin Çindən qayıdarkən “Air Force One” təyyarəsinin göyərtəsindən baş tutub.

Avropa liderləri ilə söhbəti zamanı Tramp Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlara ciddi yanaşdığını düşündüyünü qeyd edib.

Bundan əlavə, ABŞ lideri “İstəklilər koalisiyası” çərçivəsində Kiyevə hərbi yardım üçün əlavə milyardlarla dollar ayrılmasına şübhə ilə yanaşıb.

Tramp müharibə zamanı çoxsaylı insan tələfatına diqqət çəkərək ölkələri bu münaqişəyə vəsait xərcləməyi dayandırmağa çağırıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO