
- A-
- A
- A+
COP29 Fondundan 5 ada dövlətinə qrant dəstəyi ayrılacaq - Foto
“COP31 çərçivəsində COP29 Sədrliyi və Kiçik Ada Dövlətlərinin Ekoloji Dayanıqlılığı üzrə Birlik Fondu tərəfindən qrant alacaq ilk beş ölkənin adını açıqlamaqdan məmnunluq duyuruq”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında bildirib.
“Barbados, Kiribati, Maldiv adaları, Mavriki və Baham adaları iqlim dayanıqlılığını gücləndirməyə yönəlmiş, ölkələrin öz təşəbbüsləri əsasında hazırlanan praktiki layihələrin həyata keçirilməsi üçün dəstək alacaqlar.
Bu təşəbbüs Azərbaycanın, xüsusilə iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan ölkələr üçün iqlim həmrəyliyini real fəaliyyətə çevirmək istiqamətində davamlı öhdəliyini əks etdirir”, - Y. Rəfiyev qeyd edib.
Pleased to announce at #COP31 the first five grant recipients of the #COP29 Presidency–Commonwealth Fund for SIDS on Environmental Resilience. Barbados, Kiribati, Maldives, Mauritius and The Bahamas will receive support for practical, country-driven projects strengthening climate resilience. This initiative reflects Azerbaijan’s continued commitment to turning climate solidarity into tangible action, particularly for the most vulnerable countries. Grateful to the @commonwealthsec for its valuable partnership.
— Yalchin Rafiyev (@YalchinRafiyev) November 19, 2026
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































