Qaxda yeniyetmənin sürdüyü maşın aşdı, 4 nəfər yaralandı

Qaxda yeniyetmənin sürdüyü maşın aşdı, 4 nəfər yaralandı

Hazırda oxunan: Qaxda yeniyetmənin sürdüyü maşın aşdı, 4 nəfər yaralandı
0:00 / 0:00
648671
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd yeniyetmə xəsarət alıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Qax rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, yeniyetmənin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq aşıb.
 

Qəza nəticəsində avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri – 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı Anar Əfəndizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Yusif Aslanlı əlavə müayinə üçün Zaqatalada fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə göndərilib. Digər üç yeniyetmənin müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO