Telefonla çox danışanlara xəbərdarlıq: Sağlamlığa zərərli imiş

Telefonla çox danışanlara xəbərdarlıq: Sağlamlığa zərərli imiş

Hazırda oxunan: Telefonla çox danışanlara xəbərdarlıq: Sağlamlığa zərərli imiş
648666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həftədə 30 dəqiqədən çox mobil telefonla danışmaq yüksək qan təzyiqi (hipertoniya) riskini 12 faiz artırır.

Bizim.Media xəbər verir ki, bu barədə Çin alimlərinin apardığı araşdırmada bildirilib.

Tədqiqatın nəticələri “European Heart Journal – Digital Health” jurnalında dərc olunub.
Çinin Cənub Tibb Universitetinin alimləri xəbərdarlıq edirlər ki, uzunmüddətli telefon danışıqları hipertoniya üçün gizli risk amilinə çevrilə bilər. Araşdırmaya əsasən, həftədə 30 dəqiqədən artıq mobil telefonla danışmaq arterial təzyiqin yüksəlməsi və hipertoniya riskinin artması ilə əlaqəlidir.
 

Tədqiqat müəlliflərinin qeyd etdiyinə görə, 2020-ci ildə dünya əhalisinin təxminən 75 faizi mobil telefonlardan istifadə edib. Eyni zamanda, 30-79 yaş aralığında bir milyarddan çox insan hipertoniyadan əziyyət çəkib. Bu xəstəlik infarkt və insult üçün əsas risk amillərindən biri hesab olunur.


Alimlər telefon danışıqlarının sağlamlığa təsirini araşdırmaq üçün Böyük Britaniyanın biobank məlumatlarından istifadə ediblər. Tədqiqata yaşı 37-73 arasında dəyişən 200 mindən çox insan cəlb olunub. İştirakçıların orta yaşı 54 olub.

Mütəxəssislər iştirakçıların həftə ərzində telefon danışıqlarına sərf etdikləri vaxtı qeydə alıb və onların sağlamlıq vəziyyətini 12 il ərzində izləyiblər. Bu müddətdə təxminən 14 min nəfərdə hipertoniya aşkarlanıb.

Araşdırma nəticəsində telefonla danışmağa sərf olunan vaxt artdıqca hipertoniya riskinin də yüksəldiyi müəyyən edilib:

- Həftədə 30-59 dəqiqə – risk 8 faiz artır;

- 1-3 saat – 13 faiz artır;

- 4-6 saat – 16 faiz artır;

- 6 saatdan çox – 25 faiz artır.

Alimlər həmçinin irsi meyilliliyin xəstəliyin yaranma ehtimalını artırdığını müəyyən ediblər. Bununla belə, risk səviyyəsi baxımından kişilər və qadınlar arasında fərq aşkarlanmayıb.

Tədqiqatçılar nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar. Bununla yanaşı, onlar mobil cihazlardan daha şüurlu istifadə etməyi və telefon danışıqlarının müddətinə nəzarət etməyi tövsiyə edirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO