DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

639334

Son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində 1 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
 

Qeyd edilib ki, sentyabrın 22-də Cəlilabad rayonunda sutkanın qaranlıq vaxtı minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan 3 nəfər xəsarət alıb. Sentyabrın 27-də Bərdə rayonunda baş verən hadisədə isə arabaçı həyatını itirib.


Bu hadisələrin at arabalarının yolda hərəkəti zamanı təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq ağır nəticələrə gətirib çıxara bilər. At arabaları da ümumi istifadədə olan yollarda hərəkət etdikdə müəyyən edilmiş qaydalara uyğun idarə olunmalıdır.

Qaydalara əsasən:

At arabasını ümumi istifadədə olan yollarda 14 yaşına çatmış şəxslər idarə edə bilərlər.

At arabaları yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəflə və bir cərgədə hərəkət etməlidir.

Görünmə məhdud olan yerdə yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan əsas yola çıxarkən araba sürücüsü heyvanı cilovundan tutaraq aparmalıdır.

 

At arabaları işıq əks etdirən qurğularla təchiz edilməli, sürücüləri svetoforun və nizamlayıcının işarələrinə, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər.


Sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində at arabası dəmir yollarından keçirilməməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxsləri qaydalara ciddi əməl etməyə, xüsusilə sutkanın qaranlıq vaxtı görünmə və təhlükəsizlik tələblərinə diqqətlə yanaşmağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO