Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı - FOTO

Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı - FOTO
639169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş Rayon Mərkəzi Xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızı Bazar Həkim Məntəqəsinə baxış keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada poliklinik şöbə fəaliyyət göstərir.
 

Burada terapevt, pediatr, oftalmoloq və ginekoloq qəbulu, ultrasəs müayinəsi və laborator xidmətlər təşkil olunub. Xəstəxanada cərrahiyyə bölməsi, triaj sahəsi və pasiyentlərin vəziyyətinə uyğun tibbi yardım göstərilməsi üçün ayrıca otaqlar da yaradılıb. Müəssisədə rentgen aparatı quraşdırılıb.


Səfər zamanı Anar Bayramov xəstəxananın bölmələri, tibbi avadanlıq və kadr təminatı ilə tanış olub, xidmətin təşkili barədə məlumat alıb. O, həmçinin Qırmızı Bazar Həkim Məntəqəsində yaradılmış şəraitə baxıb.

Xəstəxananın və həkim məntəqəsinin fəaliyyəti Xocavəndə qayıdan sakinlərin yaşadıqları ərazidə tibbi yardıma çıxışının təmin olunmasına xidmət edir.

Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı - FOTO - foto 1
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı - FOTO - foto 2
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı - FOTO - foto 3
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı - FOTO - foto 4
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO