Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Hazırda oxunan: Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

639086

Bakıda başa çatan ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF) çərçivəsində dəyəri təxminən 11 milyard dollar olan sazişlər imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Euronews"a müsahibəsində məlumat verib.

 

"Hazırkı mərhələdə təsdiqlənmiş rəqəm 10,8 milyard dollar təşkil edir. Süni intellektdən tutmuş enerjiyə, istehsalatdan sənayeyə qədər müxtəlif sahələrdə 26 müqavilə imzalanıb", - deyə Cabbarov bildirib.


Onun sözlərinə görə, Azərbaycan investisiya imkanlarını təkcə ölkə daxilində deyil, həm də xaricdə nəzərdən keçirir.
 

"Biz imkanları təkcə coğrafi sərhədlərimiz daxilində deyil, həm də tərəfdaşlıqlar vasitəsilə dəyərləndirməyi hədəfləyirik", - deyə nazir qeyd edib.

 

Cabbarov vurğulayıb ki, həm dövlət, həm də özəl sektora aid Azərbaycan şirkətləri xarici bazarlarda öz mövqelərini genişləndirirlər.

 

"Bu, Azərbaycan şirkətlərinin həm yaxın bazarlarda, həm də sıx iqtisadi əlaqələrə malik olduğumuz ABŞ və İtaliya kimi coğrafi cəhətdən uzaq bazarlarda artan nüfuzunu izah edir", - deyə o bildirib.

 

Forumda əldə olunan investisiya sazişləri süni intellekt, enerji, istehsalat, nəqliyyat, infrastruktur və digər sahələr daxil olmaqla geniş bir spektri əhatə edib.

2025-ci ildə keçirilən birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dəyəri 10 milyard dollardan çox olan sazişlər imzalanmışdı. Nəşr qeyd edir ki, həmin məbləğin 7 milyard dollardan çox hissəsi qeyri-neft sektorunun payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO