Qazi Qurban Həsənov: “Ən böyük arzumuz Qərbi Azərbaycandakı torpaqlarımıza gedə bilməkdir”

Qazi Qurban Həsənov: “Ən böyük arzumuz Qərbi Azərbaycandakı torpaqlarımıza gedə bilməkdir”

Hazırda oxunan: Qazi Qurban Həsənov: “Ən böyük arzumuz Qərbi Azərbaycandakı torpaqlarımıza gedə bilməkdir”

638977

Bu gün bizim ölkə üçün həm kədərli, həm sevincli, həm də qürurlu gündür.

Bunu Qarabağ qazisi Qurban Həsənov 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri Xiyabanda Bizim.Media-ya açıqlamasında bildirib. 

"Biz otuz il Qarabağ yarası çəkmişik. İndi ən böyük arzumuz Qərbi Azərbaycandakı torpaqlarımıza da gedə bilməkdir. Aşıq Ələsgərin ruhu orada bizi gözləyir.

27 sentyabr -vətənpərverliyimiz, hünərimiz buradan başlanır 27 sentyabr bizim birliyimizi göstərir. Biz bunu şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq". 
 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə Anım Günü kimi qeyd edilir.


2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olub. Müharibə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnib.

Vətən müharibəsində 2908 hərbi qulluqçu şəhid olub

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər isə itkin düşmüş hesab edilir.

Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

Müharibə zamanı ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Həmçinin 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Şəhidlərin xatirəsi ehtiramla yad edilir
 

Vətən müharibəsinin tarixi nəticəsinin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbi qulluqçuların peşəkarlığı, xalqın həmrəyliyi və dövlət rəhbərliyinin həyata keçirdiyi siyasət mühüm rol oynayıb.


27 Sentyabr – Anım Günü Vətən uğrunda həyatını qurban verən şəhidlərin əziz xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir. Bu gün şəhidlərin fədakarlığı ilə yanaşı, müharibə iştirakçılarının və qazilərin göstərdiyi şücaət də ehtiramla yad edilir.

Fəridə, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO