Gələn həftə Azərbaycanda yeni qayda qüvvəyə minəcək

Gələn həftə Azərbaycanda yeni qayda qüvvəyə minəcək

Hazırda oxunan: Gələn həftə Azərbaycanda yeni qayda qüvvəyə minəcək
638854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac sahələrində yeni idarəetmə qaydası gələn həftə qüvvəyə minəcək.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixdə imzaladığı Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib.
 

Yeni qaydaya əsasən, dövlət qurumları tərəfindən hazırlanaraq mikro, kiçik və orta sahibkarlığa, investisiya və ixrac fəaliyyətinə təsir göstərə biləcək normativ hüquqi akt layihələri normayaratma orqanına təqdim edilməzdən əvvəl İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi razılaşdırılmalıdır.


Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanları bu sahələr üzrə qəbul etdikləri normativ hüquqi aktları da Agentliklə razılaşdırmalıdırlar.

Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Qeyd edək ki, yeni qayda 2026-cı il oktyabrın 1-dən, yəni gələn həftədən qüvvəyə minəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO