Ağstafada "Ford" ağaca çırpıldı: Xəsarət alanlar var

Ağstafada "Ford" ağaca çırpıldı: Xəsarət alanlar var

Hazırda oxunan: Ağstafada "Ford" ağaca çırpıldı: Xəsarət alanlar var

638744

Ağstafada xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. 

Hərəkətdə olan "Ford" tranzit markalı avtomobil sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı dörd nəfər xəsarət alıb.

Yaralılardan Alı Alıyev, Bəsdi Alıyeva və Ağgöl kənd sakinləri olan daha iki nəfər Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onların vəziyyətləri orta-ağırdır. Adıçəkilən şəxslər əkin sahəsində çalışanlar olub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO