Ağstafada xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb.
Hərəkətdə olan "Ford" tranzit markalı avtomobil sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı dörd nəfər xəsarət alıb.
Yaralılardan Alı Alıyev, Bəsdi Alıyeva və Ağgöl kənd sakinləri olan daha iki nəfər Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onların vəziyyətləri orta-ağırdır. Adıçəkilən şəxslər əkin sahəsində çalışanlar olub.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:19 / 25.09.2026
Ağstafada "Ford" ağaca çırpıldı: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Ağstafada "Ford" ağaca çırpıldı: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Ağstafada "Ford" ağaca çırpıldı: Xəsarət alanlar var - FOTO
638744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































