Xankəndidə bu gün Xankəndi, Xocalı və Ağdərə şəhərləri günləri qeyd edilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə tədbir iştirakçılarına Xankəndi, Xocalı və Ağdərəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertdə xalq artistləri və tanınmış müğənnilər müxtəlif musiqi nümunələri ifa ediblər. Səsləndirilən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.
Konsert proqramının sonunda atəşfəşanlıq olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:56 / 20.09.2026
Xankəndi şəhərində atəşfəşanlıq olacaq - VİDEO
Hazırda oxunan: Xankəndi şəhərində atəşfəşanlıq olacaq - VİDEO
Hazırda oxunan: Xankəndi şəhərində atəşfəşanlıq olacaq - VİDEO
637719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































