Ağdamda 4 yaşayış məntəqəsi ilin sonuna qədər təhvil veriləcək - VİDEO

Ağdamda 4 yaşayış məntəqəsi ilin sonuna qədər təhvil veriləcək - VİDEO

Hazırda oxunan: Ağdamda 4 yaşayış məntəqəsi ilin sonuna qədər təhvil veriləcək - VİDEO

637708

“Böyük Qayıdışa dair I Dövlət Proqram"ı çərçivəsində nəzərdə tutulmuş layihələr digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Ağdam, Füzuli, Xocavənd rayonlarında da qrafikə uyğun olaraq həyata keçirilməkdədir.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O, hazırda Ağdam rayonunda Ağdam şəhəri və iki kənddə quruculuq işlərinin davam etdiyini deyib.

“4-cü və 5-ci yaşayış kompleksləri və Eyvazxanbəyli, Baş Qərvənd yaşayış məntəqələri, kəndlər bərpa olunur. Bu 4 yaşayış məntəqəsinin bu ilin sonuna qədər təhvil verilməsi gözlənilir. Ümumilikdə bu, Ağdam şəhərinə 8 min nəfərin, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə isə ilkin mərhələdə müvafiq olaraq 427 və 851 ailənin qayıdışı deməkdir”, - deyə Emin Hüseynov vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO