Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı

Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı

Hazırda oxunan: Luvrdə "Cokonda"nın yanında öz rəsmlərini asan iki alman saxlanıldı
637695
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın məşhur Luvr muzeyində "Mona Liza" ("Cokonda") əsərinin nümayiş olunduğu zalda qeyri-adi insident baş verib. İki Almaniya vətəndaşı skotçdan istifadə edərək muzeyin divarından özlərinə məxsus iki kiçik rəsm əsəri asıblar.

Bizim.Media xəbər verir ki, belə ki, şənbə günü yerli vaxtla saat 15:30 radələrində baş verən hadisə zamanı 30 və 40 yaşlı kişilər ölçüləri 30x40 sm olan iki kətanı divara yapışdırıblar.

Rəsmlərdən birində müəlliflərdən biri zirehli paltarda, digərində isə hər iki kişinin bir qadınla birlikdə portretləri təsvir olunub.
 

Muzeyin təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək onları saxlayıb və polisə təhvil veriblər. Fransız polisinin məlumatına görə, "Cokonda" əsəri zərər görməyib, yalnız divarda yüngül qüsurlar yaranıb.


Kişilər sərbəst dindirmə zamanı bu addımı əyləncə üçün etdiklərini bildiriblər. Hadisə Luvrda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir dövrə təsadüf edir — bundan əvvəl (2025-ci ilin oktyabrında) muzeydən 88 milyon avro dəyərində Fransa tacının zinət əşyaları oğurlanmışdı. Bu cür insidentlər fonunda Luvr muzeyi binanın genişmiqyaslı yenidənqurulmasını və "Cokonda" üçün xüsusi yeni zalın yaradılmasını planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO