2 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazandı - FOTO

2 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazandı - FOTO

Hazırda oxunan: 2 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazandı - FOTO
637653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin 2 üzvü 1/4 finala vəsiqə qazanıb.

Bizim.Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib.

Döyüş Azərbaycan boksçusunun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb.

O, növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq. Görüş sentyabrın 22-də olacaq.
 

Nəbi İsgəndərov (70 kq) çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gələn İsgəndərov sentyabrın 21-də 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkəcək.


Qeyd edək ki, yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu gücünü yoxlayacaq.

2 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazandı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO