Yazıçı qadın niyə milyarderlə görüşməkdən imtina edib? - DETALLAR

Yazıçı qadın niyə milyarderlə görüşməkdən imtina edib? - DETALLAR

Hazırda oxunan: Yazıçı qadın niyə milyarderlə görüşməkdən imtina edib? - DETALLAR

637654

İrlandiyalı 39 yaşlı yazıçı Luiza O’Nil tanışlıq tətbiqi vasitəsilə milyarder və sərvəti bir milyard dollardan çox olan Neyt adlı amerikalı iş adamı ilə tanış olub.

Bizim.Media xəbər verir ki, onunla keçirdiyi ilk görüş və qısa müddətli münasibətləri yazıçıya dəbdəbəli həyatın bütün imkanlarını — şəxsi təyyarə, Nyu-Yorkda penthaus, dünyanın müxtəlif yerlərində evlər və maliyyə sabitliyi təklif etsə də, o, bu əlaqəni davam etdirməkdən imtina edib.

Münasibətdən imtina etməsinin əsas səbəbləri bunlar olub.

Qəribə tələblər: Neyt infeksiyalardan qorxduğu üçün intim münasibətdən əvvəl onun şəxsi həkimindən tibbi müayinədən keçməyi tələb edib.

Həddindən artıq sərvət nümayişi: Həmsöhbətinin demək olar ki, bütün söhbətlərinin pul və var-dövlət ətrafında fırlanması.

Həqiqi hissin olmaması: Dəbdəbəli və qayğısız həyat tərzinə baxmayaraq, yazıçıda həmin insana qarşı heç bir romantik hissin yaranmaması. Sonda Luiza maliyyə təhlükəsizliyini və milyarder həyatını əsl sevgi hissinə dəyişməyin onu xoşbəxt etməyəcəyini anlayaraq münasibətə son qoyub və bu təcrübəsini özünün «A Bigger Life» adlı yeni kitabında əks etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO