Amerika hərbçiləri Karib dənizində, onların versiyasına görə, narkotik daşınması üçün istifadə edilən gəmiyə zərbə endiriblər.
Bizim.Media xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) məlumatına görə, sentyabrın 19-da baş vermiş hücum nəticəsində dörd nəfər həlak olub.
Amerika hərbçilərinin məlumatına görə, gəmi narkotik ticarətinin məlum marşrutlarından biri ilə hərəkət edirdi. SOUTHCOM bəyan edib ki, əməliyyat Donald Tramp administrasiyasının narkotik ticarəti ilə əlaqəli qruplaşmalara qarşı davam edən kampaniyası çərçivəsində Qərb Yarımkürəsinin Birləşmiş Əməliyyat Qrupunun qüvvələri tərəfindən həyata keçirilib.
X sosial şəbəkəsində dərc edilmiş videofaylda hərəkət edən kater, bundan sonra isə alışma anı görünür.
Sonuncu hücumla birlikdə Vaşinqtonun narkotik ticarəti ilə əlaqələndirdiyi gəmilərə qarşı Amerika hərbçilərinin endirdiyi zərbələr nəticəsində həlak olanların sayı azı 231 nəfərə çatıb.
"Associated Press" agentliyinin məlumatına görə, ümumilikdə bu kampaniyanın əvvəlindən bəri Karib dənizində və Sakit okeanın şərq hissəsində 69 zərbə endirilib.
Tramp administrasiya Latın Amerikası narkotik kartelləri ilə qarşıdurmanı silahlı münaqişə kimi qiymətləndirir və zərbələri ABŞ-a narkotik axınını dayandırmaq zərurəti ilə əsaslandırır. Bununla yanaşı, Vaşinqton cinayətkar qruplaşmalara qarşı əməliyyatlar keçirmək üçün region ölkələri ilə hərbi əməkdaşlığı da genişləndirir.
Belə ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Kolumbiya, Honduras və regionun digər ölkələri ilə əldə olunan razılaşmalar barədə bəyan etmişdi.
Lakin Qватеmаlаda belə bir razılaşmanın əldə olunduğunu təkzib etmişdilər. Ekvador isə mart ayından etibarən cinayətkar qruplaşmalara qarşı ABŞ ilə birgə əməliyyatlar həyata keçirir.
On September 19, under the direction of #SOUTHCOM, Joint Task Force Western Hemisphere executed a lethal, kinetic strike on a go-fast vessel operating along established narco-trafficking routes in the Caribbean. Confirmed intelligence revealed the vessel's active involvement in… pic.twitter.com/LPNJ5ec3GU
— U.S. Southern Command (@Southcom) September 19, 2026
Bizim.Media





































































































