Fizikdən ölümsüzlüyə can atan milyarderlərlə bağlı AÇIQLAMA

Fizikdən ölümsüzlüyə can atan milyarderlərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Fizikdən ölümsüzlüyə can atan milyarderlərlə bağlı AÇIQLAMA

637641

Britaniyalı fizik Cim Əl-Xəlili hesab edir ki, ömrü sonsuzadək uzatmağa çalışan texnologiya milyarderləri vaxtlarını boş yerə sərf edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə The Guardian yazıb.

Alimin sözlərinə görə, zamanın təbiətini araşdırdıqca insan həyatını sonsuz etməyə çalışmaqdansa, ona verilən məhdud vaxtdan maksimum yararlanmağın daha vacib olduğu qənaətinə gəlib.

Əl-Xəlili insan ömrünün Kainatın yaşı ilə müqayisədə olduqca qısa olduğunu vurğulayıb.
 

O, həmçinin Eynşteynin nisbilik nəzəriyyəsinin zamanın bütün müşahidəçilər üçün eyni sürətlə axmadığını göstərdiyini qeyd edib.


Fizik bu il Böyük Britaniya Kral İnstitutunda zamanın təbiətinə həsr olunmuş Milad mühazirələri keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO