Narkotik görə saxlanılan Arasın ifadəsi üzə çıxdı

Narkotik görə saxlanılan Arasın ifadəsi üzə çıxdı

Hazırda oxunan: Narkotik görə saxlanılan Arasın ifadəsi üzə çıxdı

637648

Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktyor Aras Bulut İynemlinin ifadəsi üzə çıxıb.

Bizim.Media xəbər verir ki, aktyor ifadəsində narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmədiyini bildirib.
 

İynemli qeyd edib ki, narkotik və stimullaşdırıcı maddə satdığı bilinən hər hansı şəxslə əlaqə saxlamayıb, bu maddələri əldə etmək üçün heç kimi vasitəçi etməyib və bu məqsədlə hər hansı şəxsə pul köçürməyib.


Aktyor həmçinin narkotik və stimullaşdırıcı maddələrin istifadə edildiyi məclis, festival, bar, kafe, tədbir və ya konsert kimi məkanlarda olmadığını deyib.

“Mən narkotik və stimullaşdırıcı maddə istifadə etmirəm. Yaşadığım evdə və getdiyim əyləncə məkanlarında narkotik və stimullaşdırıcı maddə qətiyyən qəbul etməmişəm” deyə, Aras Bulut İynemli ifadəsində bildirib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO