Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda oldu - VİDEO

Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda oldu - VİDEO

Hazırda oxunan: Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda oldu - VİDEO

637717

Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub.

Bizim.Media xəbər verir ki, rayon mərkəzinə bitişik Qazangül qəsəbəsi ərazisində bir neçə gün əvvəl gecə saatlarında ayı balasının küçədə qaldığı yerli sakinlər tərəfindən telefon vasitəsi ilə çəkilib.

Sakinlərin sözlərinə görə, ayı balası dağlıq-meşəlik əraziyə qaçaraq gözdən itib.

Qazangül qəsəbə sakinlərinin verdiyi məlumata əsasən, sentyabr ayının birinci ongünlüyündə Qazangül qəsəbəsinin inzibati ərazisində qəsəbə sakinlərindən birinə məxsus bağda da ayı görünüb.

Qeyd edək ki, Qazangül qəsəbəsi Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Qəsəbənin şimal-qərb hissəsi dağlıq-meşəlik ərazidir. (Apa.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO