Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlandı - VİDEO

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlandı - VİDEO

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlandı - VİDEO

637679

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və “Böyük Qayıdış” prosesinə həsr olunmuş “Sabaha doğru” sənədli filmi ərsəyə gətirilib.

İctimai Birlikdən Bizim.Media-ya verilən məlumata görə, “Şəhərsalma və Arxitektura İli” çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim olunur. Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insanyönümlü prinsiplərə əsaslanan yeni yaşayış məntəqələri də nümayiş etdirilir.

Sənədli filmin çəkilişləri Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.

Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
 

“Sabaha doğru” sənədli filmi “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində istehsal olunub. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.


“Sabaha doğru” sənədli filminin ilk anonsunu təqdim edirik.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO