Astarada yük avtomobili yoldan çıxaraq aşdı - Ölən və xəsarət alanlar var

Astarada yük avtomobili yoldan çıxaraq aşdı - Ölən və xəsarət alanlar var

Hazırda oxunan: Astarada yük avtomobili yoldan çıxaraq aşdı - Ölən və xəsarət alanlar var
637642
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Təxtənəkəran kəndində qeydə alınıb.
 

Belə ki, rayon sakini Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili həmyerlisi Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili yoldan çıxaraq aşıb.


Qəza nəticəsində “Niva”nın sürücüsü, avtomobilində olan 46 yaşlı oğlu Rüstəm Əliyev və digər sərnişinləri - 19 yaşlı Elvin Fərhad oğlu Əliyev və 18 yaşlı Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Vəziyyətləri daha ağır olan ata və oğlu reanimasiya şöbəsinə yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qəzaya səbəb “Ford Transit”in əyləc sistemində qəfil yaranan nasazlıq olub.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO