“İstədim ki, muğamı bir az gəncləşdirim” - Üzeyir Mehdizadə ilə duetindən danışdı

“İstədim ki, muğamı bir az gəncləşdirim” - Üzeyir Mehdizadə ilə duetindən danışdı

Hazırda oxunan: “İstədim ki, muğamı bir az gəncləşdirim” - Üzeyir Mehdizadə ilə duetindən danışdı

637714

Xalq Artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub.

Bizim.Media  xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədən asılı olaraq fərqli qarşılanmasının normal olduğunu bildirib:
 

“Hər kəsə hörmətim var. Kim tənqid edirsə, özü bilər. Bəyənən də var olsun. Artıq bu güllə ürəkdən atılıb, onu arxaya qaytara bilmərik. Bu mahnı ürəkdən gələn bir şeydir və mənim də xoşuma gəlib. Kim bəyənmirsə, Allah işlərini avand etsin. Hər kəsin öz işidir”.


Xalq Artisti mahnının sözləri və Üzeyir Mehdizadə ilə əməkdaşlığı barədə də danışıb:

“Mahnının sözləri mənim könlümə yatdı. Həm də Üzeyir bizim qardaşımızdır. Mən də istədim ki, muğamı bir az gəncləşdirim”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO