Xocavənddə Şəhər Günü belə qeyd olundu - FOTO

Xocavənddə Şəhər Günü belə qeyd olundu - FOTO

Hazırda oxunan: Xocavənddə Şəhər Günü belə qeyd olundu - FOTO

637718

Sentyabrın 20-də Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur.
 
Bizim.Media xəbər verir ki, bu münasibətlə Xocavənddə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Xocavənd Şəhəri Günü keçirilib.
 

Tədbir çərçivəsində uşaqlar üçün ustad dərsləri, yaradıcılıq və maarifləndirici vorkşoplar, üz boyama, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil olunub. Balaca sakinlər üçün “Şəngülüm-Şüngülüm” tamaşası da nümayiş etdirilib.


Hazırda Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert proqramı keçirilir. Proqramda tanınmış incəsənət nümayəndələrinin çıxışları və müxtəlif musiqi-bədii nömrələr təqdim olunur.

Axşam saatlarında isə şəhərdə bayram münasibətilə atəşfəşanlıq olacaq.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO