Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Hazırda oxunan: Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
637692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xüsusilə diqqətli olmağı tövsiyə edir.

Yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.
 

Sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək, xarici işıq cihazlarından düzgün istifadə etmək, eləcə də səfər öncəsi avtomobilin texniki vəziyyətinə, xüsusilə şinlərə və şüşəsilənlərin sazlığına diqqət yetirmək xahiş olunur.


Unutmayaq ki, dəyişkən hava şəraitində təhlükəsizliyin əsas şərti sürücünün vəziyyətə uyğun davranması və ehtiyatlı hərəkət etməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO