Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi - FOTO

Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi - FOTO

Hazırda oxunan: Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi - FOTO
637704
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib.

"Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik! Qoy Azərbaycan bundan sonra da öz dövlətçiliyini daha da möhkəmləndirsin, inkişaf edərək çiçəklənsin, xalqı isə sülh, həmrəylik və rifah içində yaşasın.

Ukrayna və Azərbaycan bütün dövrlərdə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, indi də dəstəkləməkdə davam edir. Ölkələrimiz mehriban dostluq əlaqələrini və qarşılıqlı faydalı strateji tərəfdaşlığını mütəmadi olaraq inkişaf etdirir. Biz Ukraynaya göstərdiyi həmrəyliyə və dəstəyə görə Azərbaycan rəhbərliyinə, eləcə də xalqına səmimi qəlbdən minnətdarlığımızı bildiririk.

Sülh, rifah və tərəqqi arzulayırıq, Azərbaycan Respublikası! Dövlət Suverenliyi Gününüz mübarək!", - müraciətdə qeyd olunub.

Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO