Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

Hazırda oxunan: Xocavənddə Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirildi - FOTO

637694

20 Sentyabr – Xocavənd Şəhəri Günü münasibətilə Xocavənd şəhərində genişmiqyaslı ictimai-mədəni tədbir təşkil olunub.
 
Bizim.Media xəbər verir ki, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.
 
Tədbirin keçirilməsində məqsəd Xocavəndin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini qeyd etmək, xalqımızın zəfər tarixini yaşatmaqdır.
 

Eyni zamanda, Xocavənd sakinlərini bir araya gətirmək, uşaqların və böyüklərin asudə vaxtını səmərəli və maraqlı keçirməsinə şərait yaratmaq, şəhərin mədəni həyatına töhfə vermək, eləcə də Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdan sakinlər üçün xoş və yaddaqalan bayram ab-havası formalaşdırmaqdır.


Gün boyu davam edəcək tədbirdə bir sıra mədəni - kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Günün sonunda Xocavənd Şəhəri günü münasibətilə atəşfəşanlıq gözlənilir. (Report.az)
 

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO