Moskva hava limanlarında HƏYACAN: 30-dan çox təyyarə eniş edə bilməyib

Moskva hava limanlarında HƏYACAN: 30-dan çox təyyarə eniş edə bilməyib

Hazırda oxunan: Moskva hava limanlarında HƏYACAN: 30-dan çox təyyarə eniş edə bilməyib

637640

Təhlükəsizliklə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən Moskva hava limanlarında 30-dan çox reys eniş edə bilməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS paytaxt hava limanlarının nümayəndələrinə istinadən məlumat yayıb.
 

Şeremetyevo hava limanına uçan təxminən 25 təyyarə ehtiyat aerodromlara yönləndirilib. Hava limanının məlumat xidmətinin məlumatına görə, reyslər Nijni Novqorod, Kazan, Çeboksarı, Sankt-Peterburq, Samara və Nijnekamska istiqamətləndirilib.


Daha 10-a yaxın reys Vnukovo hava limanına eniş edə bilməyib.

Onların arasında Hurqadadan, Novosibirskdən, Fərqanədən, Çelyabinskdən, İstanbuldan, Dalamandan, Dubaydan, Daşkənddən və Yekaterinburqdan uçan təyyarələr olub. Bu hava gəmiləri də ehtiyat aerodromlara yönləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO