Xaçmazdan Bakı gələn avtobusda yanğın oldu - FOTO

Xaçmazdan Bakı gələn avtobusda yanğın oldu - FOTO

Hazırda oxunan: Xaçmazdan Bakı gələn avtobusda yanğın oldu - FOTO
637737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib.
 
Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 16:40 radələrində, avtobus Bakı istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində baş verib.
 

Belə ki, avtobusun arxa hissəsindəki təkərlərdən birində qəfil alışma olub. Dərhal sərnişinlər avtobusdan düşürülüb və yanğının söndürülməsi üçün ilkin müdaxilə edilib. Lakin alovun güclənməsi səbəbindən yanğını yerindəcə söndürmək mümkün olmayıb.


 Bundan sonra, avtobusun təkərində baş verən yanğın yaxınlıqda olan avtoyuma məntəqəsindəki təzyiqli su vasitəsilə tam söndürülüb. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
 
Xaçmaz avtovağzalından əraziyə göndərilən növbəti avtobus vasitəsilə sərnişinlər Bakı yola salınıblar.

Xaçmazdan Bakı gələn avtobusda yanğın oldu - FOTO - foto 1
Xaçmazdan Bakı gələn avtobusda yanğın oldu - FOTO - foto 2

 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO