Pentaqonun “Yoko Ono”su: Pit Heqsetin həyat yoldaşı ona necə təsir edir?

Pentaqonun “Yoko Ono”su: Pit Heqsetin həyat yoldaşı ona necə təsir edir?

Hazırda oxunan: Pentaqonun “Yoko Ono”su: Pit Heqsetin həyat yoldaşı ona necə təsir edir?

637667

Pentaqon əməkdaşları ABŞ müdafiə naziri Pit Heqsetin həyat yoldaşını öz aralarında “Yoko Ono” adlandırırlar. Bununla onun ərinə artan təsirinə və peşəkar fəaliyyətində getdikcə daha çox görünməsinə işarə edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Beast” vəziyyətlə tanış mənbəyə istinadən yazıb.
 

46 yaşlı Heqset hazırda 49 yaşında olan Cennifer Rauşetlə 2017-ci ildə tanış olub. Həmin vaxt Rauşet “Fox & Friends” proqramında prodüser işləyirdi, Heqset isə verilişin aparıcılarından biri idi. O zaman Heqset üç övladının olduğu ikinci həyat yoldaşı Samanta Diringlə evli idi.


Elə 2017-ci ildə Heqset və Cenniferin Qvendolin adlı qızı dünyaya gəlib. Cütlük daha sonra 2019-cu ildə evlənib və Cennifer ərinin soyadını götürüb. Onun əvvəlki nikahından da üç övladı var.

Son illərdə Cennifer ərinin peşəkar fəaliyyəti çərçivəsində onun yanında getdikcə daha çox görünür. Nəşrin məlumatına görə, o, Pentaqonda mühüm iclaslarda iştirak edir, ərinə ictimai çıxışlara hazırlaşmaqda kömək edir və digər iş proseslərinə cəlb olunur.

Avqust ayında o, Donald Trampın hərbi qulluqçuların məsələləri üzrə prezident komissiyasının yaradılması haqqında sərəncamı imzaladığı zaman Heqsetlə birlikdə Oval kabinetdə olub. Bu komissiyanın sədri məhz Cennifer olmalıdır.

İndi isə “Daily Mail”in mənbəsinin iddiasına görə, Pentaqon əməkdaşları onu öz aralarında “Yoko Ono” adlandırırlar.

Bu ləqəb yapon rəssamı və musiqiçi, Con Lennonun həyat yoldaşı Yoko Onoya işarədir. Onun onilliklər ərzində musiqiçiyə ciddi şəxsi təsir göstərdiyi iddia edilib və o, tez-tez “The Beatles” qrupunun dağılmasında günahlandırılıb.

“İndi onun yanında evləndiyi kişini gərginlikdə saxlayan bir qadın var”, - deyə “Daily Mail”in mənbəsi bildirib.
 

“The New York Times”ın məlumatına görə, ötən ay Cennifer Heqset ərinin ən nüfuzlu məsləhətçilərindən biri adlandırılıb. Nəşr bu məlumatı ABŞ administrasiyasının hazırkı və keçmiş 20 nümayəndəsinə, eləcə də Cenniferin ətrafından olan şəxslərə istinadən yayıb.


Pentaqonun keçmiş mətbuat katibi Con Ulyot onun ərinin fəaliyyətində iştirakını tənqid edib. “Müdafiə nazirinin həyat yoldaşını həssas xidməti vəzifələrin icrasına cəlb etməsi, o cümlədən hazırlanan hərbi əməliyyatın detalları ilə onunla bölüşməsi və bunun heç bir nəticəsinin olmaması dəlilikdir”, - deyə o, “The New York Times”a bildirib.

Ulyot Heqsetin rəhbərliyi altında cəmi üç ay işləyib və daha sonra vəzifəsindən ayrılıb.

Onun sözlərinə görə, “istənilən prezident milli təhlükəsizlik sahəsində rəhbərlərindən daha ölçülü-biçili qərarlar gözləməyə layiqdir”.

“Daily Beast”in iddiasına görə, Cennifer mediada işləmək təcrübəsindən ərini ictimai çıxışlara hazırlamaq üçün istifadə edir, iclaslarda iştirak edir, həmçinin Pentaqondakı vəzifələrə namizədlərlə müsahibələrdə iştirak edib və nazirliyin videoməzmunu ilə bağlı ideyalar təklif edib.

“Times of London” da iyul ayında Cennifer Heqsetin ərinin ən yaxın məsləhətçilərindən biri olduğunu və Pentaqona çıxış imkanına malik olduğunu yazıb. Nəşrin mənbəsi bunu müdafiə nazirinin həyat yoldaşı üçün qeyri-adi hal adlandırıb.
 

Bununla belə, Pentaqon əməkdaşları arasında Heqsetin özünün də xoşagəlməz ləqəbi var. “Daily Beast” daha əvvəl bəzi hərbçilərin onu “No Tab Pete” adlandırdığını bildirib. Bu ifadə onun müvafiq hazırlıq keçdiyini və ixtisaslar əldə etdiyini göstərən xüsusi ordu nişanlarının olmamasına işarədir.


Bu həftə həmçinin məlum olub ki, Cennifer İrandakı qəza nəticəsində xilas edilmiş amerikalı hərbçi ilə “CBS News” telekanalının müsahibəsinin təşkilində vasitəçi olub. “Status”un məlumatına görə, “CBS News”un rəhbəri Bari Vays müsahibəni təşkil etmək üçün şəxsən Cennifer Heqsetlə əlaqə saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO