Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

Hazırda oxunan: Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

637683

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək.

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan 2005-ci ildən bəri qlobal problemlərə qarşı mübarizə metodlarını qabardır.
 

Türkiyə Prezidentinin 16 çıxışı barədə məlumat verilən yazıda onun 2023-cü ilin sentyabrında BMT-nin 78-ci Baş Assambleyasında Qarabağın Azərbaycan torpağı olduğunu vurğulaması qabardılıb.


Xatırladaq ki, Azərbaycan həmin il lokal xarakterli antiterror tədbirləri həyata keçirib və ərazi bütövlüyünü tam bərpa edib. Bu səbəbdən Azərbaycanda 20 Sentyabr - Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO