Cəlilabadda qədim yaşayış məskənində ocaq qurğuları TAPILDI - FOTO

Cəlilabadda qədim yaşayış məskənində ocaq qurğuları TAPILDI - FOTO

Hazırda oxunan: Cəlilabadda qədim yaşayış məskənində ocaq qurğuları TAPILDI - FOTO
637733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabad rayon ərazisində tapılan Xudəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub.

Bizim.Media xəbər verir ki, diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirmək məqsədilə istifadə edildiyi ehtimal olunur.
 

“Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası”nın rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, uzun müddət oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi formalaşıb.


Tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olduğu ehtimal edilir. Hazırda ərazidə qazıntı işləri davam etdirilir.

Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti barədə yeni məlumatlar əldə etməyə imkan verəcək digər arxeoloji nümunələrin də tapılacağı gözlənilir.

Cəlilabadda qədim yaşayış məskənində ocaq qurğuları TAPILDI - FOTO - foto 1


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO