Azərbaycanda 100 mindən çox beş yaşlı uşaq üçün məktəblərdə məktəbəhazırlıq qrupu xidməti fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində məlumat verib.
Onun sözlərinə görə, bu say beş yaşlı uşaqların 93 faizini əhatə edir:
"Bu prosesin qəbulu aparılır. Həmçinin ucqar kənd məktəblərində də məktəbəqədər təhsil ön plandadır. Bu il həmin uşaqlar üçün 34 minə yaxın yer ayrılıb".
MÜTDA sədri bildirib ki, növbəti illərdə əsas hədəflərdən biri əhatəliliyin artırılması, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların əməyinin stimullaşdırılması olacaq:
"Ümumi təhsilə gəldikdə isə burada əsas istiqamətlərdən biri məzmun və təhsil proqramlarının dəyişdirilməsi, eyni zamanda müəllimlərin peşəkarlığının artırılması, seçimi və sertifikatlaşdırılması olacaq. İnsan resursları istiqamətində əsas fəaliyyətlərimizdən biri də məhz bu məsələlərdir. Növbəti məsələ isə ümumi təhsil müəssisələrində direktorların və digər idarəçilərin formalaşdırılması, onların işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu da ümumi təhsilin qarşısında duran əsas hədəflərimizdən biri olacaq".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:34 / 19.09.2026
Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
Hazırda oxunan: Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
Hazırda oxunan: Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
637495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































