76 yaşında 118 milyard dollarlıq sərvətin sahibidir

76 yaşında 118 milyard dollarlıq sərvətin sahibidir

Hazırda oxunan: 76 yaşında 118 milyard dollarlıq sərvətin sahibidir

637377

“Walmart”ın qurucusu Sem Uoltonun yeganə qızı Elis Uolton (Alice Walton) ABŞ-nin ən varlı qadını statusunu qoruyub. Onun sərvəti 118 milyard dollar qiymətləndirilir.

Bizim.Media Valyuta.az-a istinadən xəbər verir ki, 76 yaşlı Elis Uolton ardıcıl dördüncü dəfə “Forbes 400” siyahısında ABŞ-nin ən varlı qadını olub. O, son 12 ilin 11-də bu mövqedə qərarlaşıb.

Uoltonun sərvəti son bir ildə 12 milyard dollar artıb. Buna əsas səbəb “Walmart” səhmlərinin təxminən 10% bahalaşması olub.

Şirkətin elektron ticarət və üzvlük xidmətlərində artım, eləcə də sürətli çatdırılma xidmətinin genişləndirilməsi səhmlərin yüksəlişinə təsir göstərib.
 

Elis Uolton hazırda ABŞ-nin ən varlı şəxsləri arasında 13-cü yerdədir. Siyahıda ondan öndə qardaşları Rob Uolton və Cim Uolton qərarlaşıb. “Forbes” Rob Uoltonun sərvətini 132 milyard, Cim Uoltonun sərvətini isə 128 milyard dollar qiymətləndirir.


Uoltonla ABŞ-nin ikinci ən varlı qadını, “Koch, Inc.” varisi Culiya Kox arasındakı sərvət fərqi də böyüyüb. Koxun sərvəti son bir ildə 3,4 milyard dollar artsa da, o, Uoltondan 33,4 milyard dollar geri qalır. Bir il əvvəl bu fərq 24,8 milyard dollar idi.

Uolton ailəsinin üzvləri və ailəyə bağlı xeyriyyə fondları birlikdə “Walmart”ın 44%-lik payına sahibdirlər.

Rob Uolton 40 ildən çox çalışdığı “Walmart”ın direktorlar şurasından 2024-cü ildə ayrılıb. Cim Uolton isə aktivləri 26 milyard dollar olan ailəyə məxsus “Arvest Bank Group”un idarə heyətinin sədri olaraq fəaliyyətini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO